İran ABŞ əsgərlərinin ailəsinə 2,65 milyard dollar kompensasiya ödəyəcək

İran ABŞ əsgərlərinin ailəsinə 2,65 milyard dollar kompensasiya ödəyəcək Bu vəsait ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək
Region
21 Aprel , 2016 12:19
İran ABŞ əsgərlərinin ailəsinə 2,65 milyard dollar kompensasiya ödəyəcək

Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların amerikalı zərərçəkən ailələrə verilməsi haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, ABŞ Ali Məhkəməsi bununla bağlı aprelin 21-də qərar çıxarıb. 2,65 milyard dollar ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək.

Qeyd edək ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub. 

1979-cu il islam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.

Son xəbərlər

Orphus sistemi