​İran ABŞ-dan 63 illik antiiran fəaliyyətinə görə kompensasiya tələb edir

​İran ABŞ-dan 63 illik antiiran fəaliyyətinə görə kompensasiya tələb edir Parlament üzvləri İran-İraq müharibəsinə və başqa belə hadisələr görə ABŞ-dan kompensasiya istəyiblər
Region
18 May , 2016 05:25
​İran ABŞ-dan 63 illik antiiran fəaliyyətinə görə kompensasiya tələb edir

Bakı. 18 may. REPORT.AZ/ İran parlamenti hökumətə ABŞ-dan 63 illik antiiran fəaliyyətinə görə kompensasiya alması tapşırığını verib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Xəbərdə bildirilir ki, parlament səs çoxluğu ilə məsələ ilə bağlı qərarı təsdiqləyib. Qərara əsasən, parlamentə tapşırılıb ki, İranda pozuculuq fəaliyyətlə məşğul olduğu üçün ABŞ-a qarşı maddi və mənəvi ziyanın ödənilməsi haqda iddia qaldırsın. Bura ABŞ və Britaniya xüsusi xidmət orqanlarının iştirakı ilə 1953-cü il avqustun 19-da İranın o vaxtkı baş naziri Məhəmməd Müsəddiqin hökumətinin devrilməsi də daxildir.

Qeyd edək ki, Məhəmməd Müsəddiq İranın neft-qaz sektorunun milliləşdirməyə çalışıb.

Sənəddə 1980-ci ildə iranlı hərbçilərin yardımı ilə ölkənin o vaxtkı prezidenti Əbülhəsən Bənisədr və İranın ali lideri, ayətullah Ruhulla Musəvi Xomeyni hakimiyyətinin devirilməsinə cəhddən də bəhs edilib.

Parlament üzvləri İran-İraq (1980-1988-ci illərdə) müharibəsinə və başqa belə hadisələr görə ABŞ-dan kompensasiya istəyiblər.

Xatırladaq ki, İran bu iddianı ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların terrordan zərərçəkən ameriklaı ailələrə verilməsi haqda qərar qəbul etdikdən sonra irəli sürüb.

ABŞ Ali Məhkəməsi bununla bağlı aprelin 21-də qərar çıxarıb. 2,65 milyard dollar ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək.

Qeyd edək ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub.

1979-cu il islam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb..

Son xəbərlər

Orphus sistemi