İnterpol Gürcüstan HDQ keçmiş komandan müavinini saxlayıb

İnterpol Gürcüstan HDQ keçmiş komandan müavinini saxlayıb Viktor Çelidze Gürcüstana ekstradisiya olunub
Region
2 Fevral , 2015 11:59
İnterpol Gürcüstan HDQ keçmiş komandan müavinini saxlayıb

Bakı. 2 fevral. REPORT.AZ/ Gürcüstanın Milli İnterpol mərkəzi bürosu və Brüssel İnterpol bürosunun əməkdaşlığı nəticəsində Gürcüstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandan müavini Viktor Çelidze saxlanılıb və ölkəsinə ekstradisiya olunub. "Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, V.Çelidze 2000-2005-ci illərdə Potidə yerləşdirilən Hərbi Dəniz Qüvvələri komandanının logistika və infrastruktur üzrə müavini vəzifəsində çalışıb. 

O, dövlət əmlakının mənimsənilməsi və israfı, vəzifə salahiyyətlərindən sui-istifadə, xidməti saxtakarlıq, dövlət əmlakının məqsədyönlü zədələnməsi və onun saxlanma qaydalarının pozulmasında təqsirli bilinib.   

Son xəbərlər

Orphus sistemi