​İnquşetiyada cümə namazı vaxtı məscidin yaxınlığında partlayış olub

​İnquşetiyada cümə namazı vaxtı məscidin yaxınlığında partlayış olub Partlayış nəticəsində xəsarət alanlar var
Region
11 Mart , 2016 15:30
​İnquşetiyada cümə namazı vaxtı məscidin yaxınlığında partlayış olub

Bakı. 11 mart. REPORT.AZ/ İnquşetiyanın ən iri şəhəri Nazranda "Nasır-Kortov" məscidinin yaxınlığında partlayış olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda İnquşetiyanın hüquq-mühafizə orqanları bildirib.

Məlumata görə, məscidin yaxınlığında minik avtomobili partlayıb.

Hadisə cümə namazı vaxtı baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. 

Son xəbərlər

Orphus sistemi