Hökumət sözçüsü: "Türkiyədə ​küçəyə çıxmağı məhdudlaşdırmaq planlaşdırılmır"

Hökumət sözçüsü: "Türkiyədə ​küçəyə çıxmağı məhdudlaşdırmaq planlaşdırılmır" Numan Kurtulmuş: "Türkiyədə vəziyyət üç aydan da qısa müddətdə sabitləşəcək"
Region
21 İyul , 2016 15:27
Hökumət sözçüsü: Türkiyədə ​küçəyə çıxmağı məhdudlaşdırmaq planlaşdırılmır

Bakı. 21 iyul. REPORT.AZ/ "Türkiyədə küçəyə çıxmağın məhdudlaşdırılması və ya qadağan edilməsi planlaşdırılmır". 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş ölkədə üç ay müddətinə fövqəladə vəziyyət elan edilməsi barədə qərara münasibət bildirərkən deyib. 

Hökumət sözçüsü qeyd edib ki, Türkiyədə vəziyyət üç aydan da qısa müddətdə sabitləşəcək: "İnşallah, 1-1,6 ay içərisində işlərimizi yoluna qoyar və Türkiyə əvvəlki vəziyyətinə qayıdar". 

N.Kurtulmuş vurğulayıb ki, qərar gündəlik həyata təsir göstərməyəcək, insan hüquqları və əsas azadlıqların müdafiəsi prinsipləri qüvvəsində qalacaq: "Türkiyədə onlarla fövqəladə vəziyyət elan edildi. Onların əksəriyyəti millətin əleyhinəydi. Konstitusiyanın 120-ci maddəsinə əsasən elan olunmuş fövqəladə vəziyyət hərbi çevrilişə cəhd göstərənlərə qarşı işlərin sürətlə həllini özündə ehtiva edir. Bu müddətdə Türkiyədə Avropa İnsan Haqları Konvensiyasının 15-ci maddəsi qüvvədə olmayacaq". 

Hökumət sözçüsü, həmçinin Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a qısa müddət ərzində beşinci cinayət işinin sənədləri göndəriləcək. 

Baş nazirin müavini bildirib ki, prezidentin mühafizə alayı ləğv edilə bilər: "Həmçinin Prezident Administrasiyası, Nazirlər Kabineti və parlamentin havadan müdafiə sistemi gücləndirilə bilər. Bu qurumlar xüsusi təyinatlılar tərəfindən qorunmalıdır". 

Son xəbərlər

Orphus sistemi