​Həştərxanda I Xəzəryanı Media Forumu keçiriləcək

​Həştərxanda I Xəzəryanı Media Forumu keçiriləcək İştirakçılar müasir medianın ümumi tendensiyaları və aktual məsələlərini müzakirə edəcəklər
Region
15 İyul , 2015 16:47
​Həştərxanda I Xəzəryanı Media Forumu keçiriləcək

Bakı. 15 iyul. REPORT.AZ/ Həştərxanda beş Xəzəryanı ölkənin KİV nümayəndələrinin iştirakı ilə I Xəzər Media Forumu keçiriləcək.

"Report" "İnterfaks-Yuq" agentliyinə istinadən xəbər verir ki, forum sentyabr ayının 16-dan 20-dək baş tutacaq.

Forumun əsas baş tutacağı məkan keçən il IV Xəzər sammitinin keçirildiyi Həştərxan Kremlinin Zeyhaus zalı olacaq.

İştirakçılar müasir medianın ümumi tendensiyaları və aktual məsələlərini müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi