Həştərxan prokurorunun ölümünə əsas səbəb kimi silahla ehtiyatsız davranma göstərilir

Həştərxan prokurorunun ölümünə əsas səbəb kimi silahla ehtiyatsız davranma göstərilir Oleq Dupak bu yaxınlarda yeni müddətə vəzifəsinə təyin edilmişdi
Region
23 Avqust , 2015 14:46
Həştərxan prokurorunun ölümünə əsas səbəb kimi silahla ehtiyatsız davranma göstərilir

Bakı. 23 Avqust. REPORT.AZ/ Həştərxan vilayətinin prokuroru Oleq Dupakın ölümünə silahla ehtiyatsız davranmanın səbəb olduğu əsas versiya kimi göstərilir.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluğun rəsmi nümayəndəsi Marina Qridneva TASS-a bildirib.

"Ötən gün (22 avqust) həmkarımız, Həştərxan vilayətinin prokuroru Oleq Dupak faciəvi şəkildə dünyasını dəyişib. İstintaqaqədərki yoxlamalar zamanı versiyalar arasında silahla ehtiyatsız davranma əsas götürülür", - deyə Qridneva bildirib.

"Oleq Vladimiroviç əsl peşəkar idi, dəfələrlə rəhbərlik tərəfindən təşviq edilib, kollektiv ona hörmət bəsləyirdi, bu yaxınlarda yeni müddətə öz vəzifəsinə təyin edilmişdi", - deyə Qridneva bildirib.

Oleq Dupakın özündən sonra iki azyaşlı övladı qalıb.

Son xəbərlər

Orphus sistemi