Hakkaridə terrorçuların hücumu nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb

Hakkaridə terrorçuların hücumu nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyata başlayıb
Region
9 İyun , 2016 17:56
Hakkaridə terrorçuların hücumu nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb

Bakı. 9 iyun. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Hakkari vilayətində kənd qoruyucularını daşıyan avtomobili avtomat silahlardan atəşə tutublar. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Şəmdinli rayonundan 13 km məsafədə yerləşən Üzümqıran kəndində baş verib. 

Nəticədə 2 nəfər həlak olub, 1 nəfər yaralanıb. Yaralı qoruyucu Şəmdinli Dövlət Xəstəxanasına çatdırılıb. 

Türkiyə təhlükəsizlik qüvvələri PKK terrorçularının zərərsizləşdirilməsi üçün bölgədə əməliyyata başlayıb.

Son xəbərlər

Orphus sistemi