​Gürcüstanın baş naziri: "Vəziyyət nəzarət altındadır"

​Gürcüstanın baş naziri: "Vəziyyət nəzarət altındadır" İrakli Qaribaşvili: "Zərərçəkənlərin hamısına yardım edəcəyimizə söz verirəm"
Region
14 İyun , 2015 13:44
​Gürcüstanın baş naziri: Vəziyyət nəzarət altındadır

Bakı. 14 iyun. REPORT.AZ/ "Vəziyyət çox ağırdır. Bütün dövlət qurumları fövqəladə iş rejimində işləyir. Zərərçəkənlərin hamısına yardım edəcəyimizə söz verirəm".

"Report" gürcü KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

Baş nazir əhalini sakitləşməyə çağıraraq hökumətin vəziyyətə nəzarət etdiyini vurğulayıb.

Qeyd edək ki, gecə əsən güclü külək və yağan leysan yağışlar paytaxt Tbilisidə daşqınlara səbəb olub. Şəhərin bir çox küçə və meydanları su altında qalıb, yağış suları evlərin zirzəmisinə və yaşayış binalarının birinci mərtəbələrinə dolub. Sel Tbilisi zooparkını tamamilə dağıdıb.

Son xəbərlər

Orphus sistemi