​Gürcüstanın şərqində 6 hektar ərazidə yanğın baş verib

​Gürcüstanın şərqində 6 hektar ərazidə yanğın baş verib Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir
Region
22 Sentyabr , 2015 13:18
​Gürcüstanın şərqində 6 hektar ərazidə yanğın baş verib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Gürcüstanın şərqindəki Kodiani meşəsində güclü yanğın baş verib. "Report" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, Samsxe-Cavaxetiya regionunda altı hektar meşə sahəsində yanğın baş verib. Yanğın bazar ertəsi səhər saatlarından başlayıb və hələ də söndürülməyib.

Yanğının səbəbləri hələ məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. 

Son xəbərlər

Orphus sistemi