Gürcüstanın qərbində bazar yanıb

Gürcüstanın qərbində bazar yanıb Yanğın nəticəsində bazarın təxminən min kv.m. ərazisi yanıb
Region
3 Avqust , 2016 11:54
Gürcüstanın qərbində bazar yanıb

Bakı. 3 avqust. REPORT.AZ/ Gürcüstanın Zestafoni şəhərində (İmereti regionu) yerləşən "Qara bazar"da dünən gecə güclü yanğın baş verib.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, yanğın nəticəsində bazarın təxminən min kv.m. ərazisi yanıb. Zərərçəkənlər hökumət orqanlarından kompensasiya tələb edir.

"Hazırda olay yerində müstəntiqlər işləyir. İlk növbədə hadisənin səbəbini müəyyən etmək lazımdır. Yalnız bundan sonra kompensasiya və ya hər hansı yardım haqqında danışmaq olar. Hərçənd zərərin həddindən çox olmasından şübhələnirəm və çox güman, bələdiyyə bu zərəri tam qarşılaya bilməyəcək. Gərək hökumətə müraciət edək", - deyə rayon bələdiyyəsinin sədri David Lapadze bildirib.

Hazırda mütəxəssislər yanğının başvermə səbəblərini araşdırır, dəymiş zərər hesablanır.

Son xəbərlər

Orphus sistemi