​Gürcüstanın müdafiə naziri seçkini saxtalaşdırmaqda ittiham olunur

​Gürcüstanın müdafiə naziri seçkini saxtalaşdırmaqda ittiham olunur Tinatin Xidaşeli: "Kim istəyir, qoy, məni sorğu-sual etsin"
Region
1 Mart , 2016 14:10
​Gürcüstanın müdafiə naziri seçkini saxtalaşdırmaqda ittiham olunur

Bakı. 1 mart. REPORT.AZ/ "Kim məni sorğu-sual etmək istəyirsə, buyursun".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Tinatin Xidaşeli 2015-ci ilin oktyabrında Kaxetiya bölgəsinin Saqareco rayonunda parlamentə boş qalan yerə keçirilən seçkidə saxtalaşdırmada iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.

"Fikrimcə, artıq nə lazımdırsa, hamısını demişəm. Sənədlər də üzdədir. Başa düşmək istəyən anlayacaq. Kim istəyir, qoy, məni sorğu-sual etsin. Hara istəyirlər gedərəm. İstədikləri sənədləri təqdim edərəm", - deyə Xidaşeli vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Baş Prokuruluğu məsələyə dair ötən həftə "vəzifə səlahiyyətlərini aşmaq" maddəsi ilə cinayət işi açıb.

Buna səbəb isə hakim "Gürcü arzusu" koalisiyasının deputatı Qoqi Topadzenin müdafiə naziri Tinatin Xidaşelini Saqarecoda keçirilən seçkinin saxtalaşdırmaq ittihamı etməsi olub. Deputat iddia edib ki, nazir səsvermə prosesində administrativ vasitələrdən yararlanaraq, seçkinin nəticəsinə təsir göstərib.

Qoqi Topadzenin ittihamı koalisiya üzvləri arasında etirazla qarşılanıb. Baş nazir Georgi Kvirikaşvili onun ittihamlarını "qəbuledilməz" adlandırıb. Deputatın koalisiyadan çıxarılacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi