​Gürcüstanın müdafiə naziri ABŞ-a rəsmi səfər edəcək

​Gürcüstanın müdafiə naziri ABŞ-a rəsmi səfər edəcək Tinatin Xidaşeli Ağ evdə və Dövlət Departamentində görüşlər keçirəcək
Region
14 Avqust , 2015 12:45
​Gürcüstanın müdafiə naziri ABŞ-a rəsmi səfər edəcək

Bakı. 14 avqust. REPORT.AZ/ Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli ABŞ-a sabah başlayan rəsmi səfəri çərçivəsində Ağ evdə görürşlər keçirəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu nazir bildirib.

"Avqustun 15-də Vaşinqtona səfər edəcəyəm. ABŞ-ın müdafiə naziri Eşton Karterlə görüşüm olacaq. Bundan başqa Ağ ev və Dövlət Departamentində də görüşlərim planlaşdırılıb. Səfərdə məqsəd Gürcüstan - ABŞ ikitərəfli münasibətlərini gücləndirmək və daha çox yaxınlaşdırmaqdır". 

O qeyd edib ki, keçirəcəyi görüşlərdə NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısında və alyansın Varşava sammitində ABŞ-ın Gürcüstanın mövqeyini dəstəklənməsi məsələsini müzakirə edəcək. 

Son xəbərlər

Orphus sistemi