Bakı. 23 yanvar. REPORT.AZ/ Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında bildirilib.
A.Çikaidze buna səbəb kimi Yuri Vazaqaşvilinin oğlunun qətli ilə bağlı ünvanına söylənilən ittihamları əsas göstərib.
Qeyd edək ki, Yuri Vazaqaşvilinin oğlu Zurab Vazaqaşvili 2006-cı ildə polislər tərəfindən öldürülüb.