​Gürcüstanın Borçalı mahalında çoxmədəniyyətliliyə həsr olunan festival keçirilir

​Gürcüstanın Borçalı mahalında çoxmədəniyyətliliyə həsr olunan festival keçirilir Mərasimə Gürcüstanın dövlət naziri Paata Zakareişvili də qatılıb
Region
4 Aprel , 2015 14:15
​Gürcüstanın Borçalı mahalında çoxmədəniyyətliliyə həsr olunan festival keçirilir

Bakı. 4 aprel. REPORT.AZ/ Gürcüstanın Kvemo Kartli (Borçalı) mahalının Marneuli şəhərində "Bir səma altında" devizi ilə çoxmədəniyyətliliyə həsr edilən festival keçirilir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazriliyinin administrasiyasından bildiriblər.

Tədbirdə Gürcüstanın bütün bölgələrinin incəsənət məktəblərinin təmsilçiləri, özfəaliyyət kollektivləri, etnik azlıqların ansamblları iştirak edib. Mərasimə Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili də qatılıb.

Konsertin təşkilatçıları Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyi, Gürcüstan Bəstəkarlar İttifaqının Borçalı (Kvemo Kartli) regional bölməsi, Gürcüstan Mədəniyyət və tarixi abidələrin mühafizəsi Nazirliyidir.

BMT-nin Gürcüstandakı Assosiasiyası isə "Bir səma altında" tədbirinin donorudur.

Xatırladaq, tədbir keçirilən rayon Gürcüstan azərbaycanlılarının dədə-baba torpaqlarından biridir. 

Son xəbərlər

Orphus sistemi