​Gürcüstanın baş naziri Türkiyədəki hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib

​Gürcüstanın baş naziri Türkiyədəki hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar sərhəd-keçid məntəqələrində Gürcüstan vətəndaşlarının sərhədi keçməsində məhdudiyyətlər tətbiq olunur
Region
16 İyul , 2016 10:45
​Gürcüstanın baş naziri Türkiyədəki hadisələrlə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib

Tbilisi. 16 iyul. REPORT.AZ/ “Türkiyə bizim üçün vacib dost, tərəfdaş ölkədir. Türkiyənin demokratik inkişafı bizim üçün çox vacibdir".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu bəyanatla Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Milli Təhlükəsizlik Şurasının iyulun 16-da gecə saatlarında keçirdiyi iclasında deyib.

Baş nazir bildirib ki, Türkiyə Gürcüstan üçün strateji tərəfdaşdır və bu ölkədə sabitliyin qorunması rəsmi Tbilisi üçün çox vacibdir.

Hərbi çevrilişin bütün demokratik ölkələr üçün yolverilməz olduğunu vurğulayan G.Kvirikaşvili, Türkiyədə baş verən hadisələrlə əlaqədar Gürcüstanın müvafiq strukturlarının məlumatlandırıldığını bildirib.

Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar sərhəd-keçid məntəqələrində Gürcüstan vətəndaşlarının sərhədi keçməsində məhdudiyyətlər tətbiq olunur, hava uçuşları həyata keçirilmir.

Son xəbərlər

Orphus sistemi