​Gürcüstanın baş naziri Londonda keçirilən "Antikorrupsiya-2016"nın zirvə toplantısına qatılıb

​Gürcüstanın baş naziri Londonda keçirilən "Antikorrupsiya-2016"nın zirvə toplantısına qatılıb Toplantıda 40-dan çox ölkənin dövlət və hökumət başçıları, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının prezidentləri iştirak edirlər
Region
12 May , 2016 15:43
​Gürcüstanın baş naziri Londonda keçirilən Antikorrupsiya-2016nın zirvə toplantısına qatılıb

Bakı. 12 may. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Londonda keçirilən "Antikorrupsiya-2016"nın zirvə toplantısında iştirak edir.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, toplantıda 40-dan çox ölkənin dövlət və hökumət başçıları, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının prezidentləri iştirak edir.

İnformasiyada bildirilib ki, Gürcüstan hökuməti başçısının Britaniyanın müdafiə naziri Maykl Fellon və "British Petroleum" neft-qaz dövlət şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, antikorrupsiya tədbiri Britaniyanın baş naziri Devid Kemeronun təşəbbüsü ilə hər il keçirilir. 

Son xəbərlər

Orphus sistemi