​Gürcüstanın baş naziri: "Biz ərazimiz bahasına heç bir kompromisə getmək niyyətində deyilik"

​Gürcüstanın baş naziri: "Biz ərazimiz bahasına heç bir kompromisə getmək niyyətində deyilik" "Bu, Rusiya tərəfindən növbəti anneksiya addımıdır və bölgədə pis əks olunacaq"
Region
26 Dekabr , 2014 16:56
​Gürcüstanın baş naziri: Biz ərazimiz bahasına heç bir kompromisə getmək niyyətində deyilik

Bakı. 26 dekabr. REPORT.AZ/ "Gürcüstan hakimiyyəti işğal olunmuş ərazi məsələsində prinsipial olub və olacaq". "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib. 

Hökumət başçısı ilin yekununa həsr olunmuş mətbuat konfransında Rusiya ilə Abxaziya arasında imzalanması nəzərdə tutulan sənədləşməyə belə münasibət bildirib: "Vəziyyət çox mürəkkəbdir. Rusiyaya münasibətdə konsruktv addımlar atsaq da, onlar uyğun cavab vermir. Mən de-fakto Abxaziya hökuməti və Tsinxvali ilə imzalandığı elan olunan müqavilələri nəzərdə tuturam. Bu, ikitərəfli münasibətlərin xeyrinə olmayan çox pis haldır. Biz iki il ərzində münasibətlərin normallaşdırılması üçün əlimizdən gələni etdik. Biz ərazimizin hesabına heç bir kompromisə getmək niyyətində deyilik".

Onun sözlərinə görə, Gürcüstan hökuməti plan hazırlayıb və onu Xarici İşlər Nazirliyi uğurla həyata keçirir.

"Bütün beynəlxaq qurumlar məlumatlandırılıb. Onların hamısı Rusiyanın əməllərini mühakimə edib",- İ.Qaribaşvili söyləyib.

Sənədlərin imzalanması ilə bağlı məsələni şərh edən baş nazir daha sonra deyib ki, bu, Rusiya tərəfindən növbəti anneksiya addımıdır: "Bu, bölgədə və münasibətlərimizdə pis əks olunacaq" .

Son xəbərlər

Orphus sistemi