​Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 2700 il yaşı olan daş kitabə aşkarlanıb

​Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 2700 il yaşı olan daş kitabə aşkarlanıb Professor Vaxtanq Liçeli: "Bu yalnız Gürcüstanda deyil, bölgədə aşkarlanan ən qədim kitabədir"
Region
24 Avqust , 2015 10:21
​Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə 2700 il yaşı olan daş kitabə aşkarlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Gürcüstanın Kaspi rayonunun Hoeti kəndi yaxınlığında yerləşən Qıraklian dağında arxeoloqlar bizim eradan əvvəl VII əsrə aid daş kitabə aşkarlayıblar.

"Report" xəbər verir ki, bu haqda "İnterfaks" məlumat yayıb.

Arxeoloq, professor Vaxtanq Liçeli tapıntı haqda jurnalistlərə deyib ki, bu yalnız Gürcüstanda deyil, bölgədə aşkarlanan ən qədim kitabədir: "Buna beynəlxalq elmi dairələrin maraq göstərəcəyinə əminəm".

Qeyd edək ki, həmin rayonda azərbaycanlılarla yanaşı, gürcülər və acarlar da yaşayır.

Son xəbərlər

Orphus sistemi