Gürcüstanda toyda zəhərlənən azərbaycanlılar xəstəxanadan evə buraxılıblar

Gürcüstanda toyda zəhərlənən azərbaycanlılar xəstəxanadan evə buraxılıblar Xatuna Zaxaşvili: "Bu, kütləvi stafilokokk intoksikasiya idi"
Region
2 Sentyabr , 2016 17:04
Gürcüstanda toyda zəhərlənən azərbaycanlılar xəstəxanadan evə buraxılıblar

Bakı. 2 sentyabr. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində toyda zəhərlənmiş 180-dən çox adam, o cümlədən 30 uşaq xəstəxanadan evə buraxılıb, onların sağlamlığına heç bir təhdid yoxdur.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin departament rəhbəri Xatuna Zaxaşvili bildirib.

"Bu, kütləvi stafilokokk intoksikasiya idi. Zərərçəkənlər təcili-tibbi yardım şöbəsində 24 saatdan çox qalmayıblar. Hazırda onların hamısı evə buraxılıb. Həkimə yenidən müraciət hallarına da rast gəlinməyib", - deyə X.Zaxaşvili vurğulayıb.

Gürcüstan Milli Ərzaq Agentliyindən verilən məlumata görə, Sadaxlı kəndinin sakinlərinin hansı qidadan zəhərləndiyi bir neçə gün sonra başa çatacaq laboratoriya araşdırmaları nəticəsində məlum olacaq.

Ümumiyyətlə, Gürcüstan Milli Ərzaq Agentliyi Marneulidəki (Kvemo Kartli bölgəsi - red.) restoranın fəaliyyətini dayandırıb, restoran sahibi cərimələnib.

Xatırladaq ki, Sadaxlı Gürcüstan Respublikasının Kvemo-Kartli diyarında Marneuli bələdiyyəsinin əhalisinin sayı baxımından ən böyük kəndidir. Gürcüstanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ildə əhalinin rəsmi siyahıya alınmasına əsasən, Sadaxlı kəndinin əhalisinin sayı 9486 nəfərdir və bunun 97%-ni azərbaycanlılar təşkil edir.

Son xəbərlər

Orphus sistemi