Gürcüstanda qaz kəmərinin partladılmasının qarşısı alınıb

Gürcüstanda qaz kəmərinin partladılmasının qarşısı alınıb Rusiya qazını Gürcüstan ərazisindən keçərək Ermənistana çatdıran qaz kəmərinin partladılmasına cəhd olub
Region
22 Avqust , 2016 11:50
Gürcüstanda qaz kəmərinin partladılmasının qarşısı alınıb

Bakı. 22 avqust. REPORT.AZ/ Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkə ərazisindən keçən təbii qaz kəmərinin partladılmasına cəhdin qarşısını alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda DTX məlumat yayıb.

Qurumdan bildirilib ki, Rusiya qazı Gürcüstan ərazisindən keçərək Ermənistana ötürülür. İnformasiyaya görə, "mavi yanacağı" nəql edilən həmin kəmərin Gürcüstan ərazisindən keçən hissəsinin partladılmasına cəhd edilib. Lakin DTX bu cəhdin qarşısını alıb.

Partlayışı törətməyə cəhd edən Gürcüstan vətəndaşları Beka B., Valdimir R., Midiya V.,Caba M. və Nuri Ç. şübhəli şəxs qismində tutulub. Məlumata görə, hadisə ilə bağlı polis əməkdaşı Levan M.-da həbs edilib.

Son xəbərlər

Orphus sistemi