Gürcüstanda parlament seçkilərinin ikinci turunun vaxtı açıqlanıb

Gürcüstanda parlament seçkilərinin ikinci turunun vaxtı açıqlanıb Seçkilər 48 təkmandatlı-majoritar dairə üzrə keçiriləcək
Region
19 Oktyabr , 2016 15:06
Gürcüstanda parlament seçkilərinin ikinci turunun vaxtı açıqlanıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da keçiriləcək.

"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Mərkəzi Seçki Komissiyası qərar qəbul edib. 

Məlumata görə, seçkilər 48 təkmandatlı-majoritar dairə üzrə keçiriləcək. İki dairədə isə təkrar seçki olacaq.

Təkrar seçki isə oktyabrın 22-inə təyin olunub.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 8-də olub.

Son xəbərlər

Orphus sistemi