​Gürcüstanda məcburi hərbi çağırış sistemi ləğv edilir

​Gürcüstanda məcburi hərbi çağırış sistemi ləğv edilir Tinatin Xidaşeli: "Bu sistem NATO-ya üzv ölkələrin çoxunda tətbiq edilir və səmərəlidir"
Region
20 Aprel , 2016 19:05
​Gürcüstanda məcburi hərbi çağırış sistemi ləğv edilir

Bakı. 20 aprel. REPORT.AZ/ Gələn ildən Gürcüstanda orduya məcburi hərbi çağırış olmayacaq. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Tinatin Xidaşeli İctimai Televiziyaya müsahibəsində deyib.

O, Müdafiə Nazirliyinin artıq bu barədə qərar qəbul etdiyini söyləyib: "İndi bu qərar qanunvericiliklə dəstəklənməlidir. Başçılıq etdiyim nazirlik belə bir qərarı qəbul edib. Əgər bu quruma başqası rəhbərlik etsə, o, başqa qərar qəbul edər".

Nazir bildirib ki, 2017-ci ildən Gürcüstan Müdafiə Nazirliyi könüllülük əsasında hərbi çağırış sisteminə keçəcək: "Bu sistem NATO-ya üzv ölkələrin çoxunda tətbiq edilir və səmərəlidir".

Son xəbərlər

Orphus sistemi