Gürcüstanda erməni ailəsi qətlə yetirilib

Gürcüstanda erməni ailəsi qətlə yetirilib Öldürülənlərin cəsədi hadisənin üstündən bir neçə gün keçəndən sonra aşkarlanıb
Region
11 İyul , 2016 12:51
Gürcüstanda erməni ailəsi qətlə yetirilib

Bakı. 11 iyul. REPORT.AZ/ Gürcüstanın Axalkalaki rayonunun Vaçian kəndində öz evində qətlə yetirilmiş erməni ailəsi aşkarlanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, qətlə yetirilənlər 37 yaşlı ana və onun 7, 16 və 18 yaşlı övladlarıdır.

Qətlə yetirilənləri qonşu aşkarlayıb.

İlkin məlumatlara görə, öldürülənlərin cəsədi hadisənin üstündən bir neçə gün keçəndən sonra aşkarlanıb.

Ana və qızları başlarından küt alətlə zərbə vurularaq öldürülüb. Oğlan uşağını isə boğublar.

Evin əşyaları alt-üst edilib.

Faktla bağlı cinayət işi açılıb, istintaq başlanıb.

Son xəbərlər

Orphus sistemi