​Gürcüstanda "donuz qripi"ndən 7 nəfər ölüb

​Gürcüstanda "donuz qripi"ndən 7 nəfər ölüb Qış mövsümündə 186 vətəndaş "H1N1" virusuna yoluxub
Region
31 Yanvar , 2016 14:52
​Gürcüstanda donuz qripindən 7 nəfər ölüb

Bakı. 31 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə "donuz qripi"nin yaratdığı pnevmoniyadan daha bir nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstan İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzinə istinadən "İnterfax" məlumat yayıb.

Mərkəzin məlumatına görə, bu "H1N1" virusundan 7-ci ölüm faktıdır.

Ümumilikdə ölkədə qış mövsümündə vətəndaşlar arasında "donuz qripi"nə 186 yoluxma halı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi