Gürcüstanda dolların məzənnəsi 11 illik maksimuma çatıb

Gürcüstanda dolların məzənnəsi 11 illik maksimuma çatıb Ötən il noyabrın əvvəllərindən lari dollara nisbətdə 22,4% ucuzlaşıb
Region
20 Fevral , 2015 10:13
Gürcüstanda dolların məzənnəsi 11 illik maksimuma çatıb

Bakı. 20 fevral. REPORT.AZ/ Gürcüstanın milli valyutası ABŞ dollarına nisbətdə 2,1472 səviyyəsinə düşüb, bu da 2004-cü ilin yanvar ayından sonra ən aşağı göstəricidir. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ötən il noyabrın əvvəllərindən başlayaraq lari dollara nisbətdə 22,4%,  avroya nisbətdə isə 10,9% dəyərini itirib.

Gürcüstan Milli Bankı bildirib ki, dünənki valyuta hərracında bank 40 mln. ABŞ  dolları satıb. Bu cari ildə həyata keçirilən ikinci müdaxilədir - fevralın 11-də GMB həmin miqdarda dollar satışını həyata keçirib və eyni zamanda öz uçot dərəcəsini 50 bazis bəndinə 4,5%-ə qədər qaldırıb. O zaman bu addım Gürcüstan valyutasının dəyərdən düşməsini dayandırmağa bir qədər kömək edib. Lakin bu qısa müddət davam edib və sonradan lari yenidən ucuzlaşmağa başlayıb. 

Son xəbərlər

Orphus sistemi