Gürcüstanda bu il "donuz qripi"dən 10 nəfər ölüb

Gürcüstanda bu il "donuz qripi"dən 10 nəfər ölüb Gürcüstanda 287 virusa yoluxma halı qeydə alınıb
Region
7 Fevral , 2016 01:51
Gürcüstanda bu il donuz qripidən 10 nəfər ölüb

Bakı. 7 fevral. REPORT.AZ/ Gürcüstanda H1N1 virusundan daha bir ölüm halı qeydə alınıb.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, cümə günü Zuqdidi şəhərinin tibb mərkəzində 35 yaşlı kişi vəfat edib. Virus artıq laborator analizlərlə təsdiq edilib.

Beləliklə, ilin əvvəlindən Gürcüstanda qripdən 10 ölümlə nəticələnmə halı və 287 virusa yoluxma halı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi