Gürcüstanda 9 aprel faciəsi qurbanlarının xatirəsini anılıb

Gürcüstanda 9 aprel faciəsi qurbanlarının xatirəsini anılıb Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən də abidə önünə əklil qoyulub
Region
9 Aprel , 2015 21:03
Gürcüstanda 9 aprel faciəsi qurbanlarının xatirəsini anılıb

Bakı. 9 aprel. REPORT.AZ/ Gürcüstan ictimaiyyəti 1989-cu il aprelin 9-da baş vermiş faciənin qurbanlarının xatirəsini anıb.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir İrakli Qaribaşvili, dövlət və hökumət üzvləri, parlamentin deputatları, diplomatik korpusun əməkdaşları Tbilisidə parlamentin binası önündə 9 aprel qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər.

Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən də abidə önünə əklil qoyulub.

Jurnalistlərə açıqlama verən Prezident və Baş nazir 9 aprel hadisəsini tarixi faciə, eyni zamanda, xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsinin simvolu adlandırıblar. Qeyd olunub ki, bu insanlar qəhrəmanlıq nümunəsi göstəriblər və onların azadlıq uğrunda mübarizəsi nəticəsində xalq öz müstəqilliyinə qovuşub.

Qeyd edək ki, 1989-cu il aprelin 9-na keçən gecə keçmiş sovet ordusu Tbilisidə müstəqillik uğrunda mübarizəyə qalxan xalqın azadlıq arzusunu boğmağa cəhd göstərib. Mitinqin silah gücünə dağıdılması nəticəsində 16 nəfər həlak olub.

Qarşıdurma zamanı yaralananlardan 3-ü sonradan xəstəxanada dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi