Gürcüstanda 25 obyekt casuslardan xüsusi mühafizə olunur

Gürcüstanda 25 obyekt casuslardan xüsusi mühafizə olunur Xarici dövlətlərin xüsusi xidmət orqanlarının ayrı-ayrı obyektlərə maraq göstərdiyi aşkarlanıb
Region
30 Mart , 2016 10:07
Gürcüstanda 25 obyekt casuslardan xüsusi mühafizə olunur

Bakı. 30 mart. REPORT.AZ/ Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti xarici dövlətlərin xüsusi xidmət orqanları üçün xüsusi maraq kəsb edən 25 obyekti xüsusi mühafizə edir. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə orqanın ölkə parlamentinə təqdim etdiyi hesabatda deyilir.

Dövlət təhlükəsizliyi üçün xüsusi riskli obyektlərin siyahısı 2015-ci ilin noyabrında hökumətin fərmanı ilə müəyyən edilib.

2015-ci ilin avqust-dekabr dövrü üçün olan hesabatda qeyd edilir ki, xarici dövlətlərin xüsusi xidmət orqanlarının ayrı-ayrı obyektlərə maraq göstərdiyi və kəşfiyyat üçün həmin bu obyektlərin içərisinə düşmək cəhdləri aşkarlanıb.

Gürcüstanda yüksək riskli obyektlər sırasına Batumi və Poti limanları, Tbilisi, Kutaisi, Batumi və Mestiadakı aeroportlar, "Gürcüstan Hava Naviqasiyası" MMC (Sakaeronaviqasiya), "Gürcüstan dəmir yolu" Səhmdar Cəmiyyəti, İnquri SES və başqaları daxildir.

Son xəbərlər

Orphus sistemi