​Gürcüstanda Azərbaycan dilində radio fəaliyyətə başlayıb

​Gürcüstanda Azərbaycan dilində radio fəaliyyətə başlayıb Radionu "unistream.tv" internet ünvanında da dinləmək olar
Region
12 Mart , 2015 17:11
​Gürcüstanda Azərbaycan dilində radio fəaliyyətə başlayıb

Bakı. 12 mart. REPORT.AZ/ Gürcüstanda Azərbaycan dilində "Azərbaycan-Gürcüstan" FM radiosu yayıma başlayıb.

"Report" "Qruziya online"ə istinadən xəbər verir ki, radio azərbaycanlıların sıx yaşadığı Marneuli, Bolnisi, Dmanisi, Rustavi, Qardabani və Tiflisdə yayımlanır.

Radionu "unistream.tv" internet ünvanında da dinləmək olar.

Radionun direktoru İrakli Bantseladze deyib ki, layihənin icrasına 6 ay öncə başlanılsa da, iki aya yaxındır efirə çıxırlar. 

Son xəbərlər

Orphus sistemi