​Gürcüstana odlu silah keçirmək istəyən Ermənistan vətəndaşı saxlanılıb

​Gürcüstana odlu silah keçirmək istəyən Ermənistan vətəndaşı saxlanılıb Onun üzərində "Valter" tapançası və 10 ədəd döyüş patronu olub
Region
16 Avqust , 2015 11:45
​Gürcüstana odlu silah keçirmək istəyən Ermənistan vətəndaşı saxlanılıb

Bakı. 16 Avqust. REPORT.AZ/ Gürcüstanın Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin əməkdaşları ölkəyə qaydalar xaricində odlu silah keçirtmək ittihamı ilə Ermənistan vətəndaşını saxlayıblar.

"Report" xəbər verir ki, 1947-ci il təvəllüdlü erməni A.Frunzik iki idarənin birgə əməliyyatı nəticəsində gömrük prosedurlarını keçən zaman saxlanılıb.

İstintaq müəyyən edib ki, müttəhim "Sadaxlo" gömrük buraxılış məntəqəsindən Gürcüstana "Valter" tapançası və 10 ədəd döyüş gülləsi keçirib. Hüquq mühafizəçiləri silahı müttəhimə məxsus avtomobilin salonundan götürüblər.

Saxlanılan şəxs günahını etiraf edib. Faktla bağlı istintaq gedir.

Son xəbərlər

Orphus sistemi