Gürcüstan XİN başçısı Ermənistana səfər edəcək

Gürcüstan XİN başçısı Ermənistana səfər edəcək Səfər Ermənistan xarici işlər nazirinin dəvəti ilə baş tutacaq
Region
24 Mart , 2016 10:17
Gürcüstan XİN başçısı Ermənistana səfər edəcək

Bakı. 24 mart. REPORT.AZ/ Gürcüstanın xarici işlər naziri Mixail Canelidze martın 24-25-də Ermənistana rəsmi səfər edəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə baş tutacaq.

Səfər zamanı Mixail Canelidzeni Ermənistanın prezidenti Serj Sarqsyan qəbul edəcək. Eyni zamanda Gürcüstan XİN başçısının Ermənistanın baş naziri Ovik Abramyanla görüşü də planlaşdırılır. Martın 25-də isə Gürcüstan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək. Bu görüşdən sonra Nalbandyan və Canelidze birgə mətbuat konfransı təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi