Bakı.17 fevral. REPORT.AZ/ Fevralın sonunda Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında Gürcüstan-Rusiya münasibətlərinin tənzimlənməsi üzrə növbəti görüş keçiriləcək.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
"Rusiya-Gürcüstan ikitərəfli münasibətlərinə dair praktik məsələlər müzakirə edilib. Növbəti görüşün fevralın sonunda Praqada keçirilməsi ilə bağlı qərar qəbul olunub", - məlumatda bildirilib.