​Gürcüstan Ukraynadan Mixail Saakaşvilinin təhvil verilməsini istəyib

​Gürcüstan Ukraynadan Mixail Saakaşvilinin təhvil verilməsini istəyib Baş Prokurorluq: "İki ölkə arasında ekstradisiya sahəsində razılaşmaya baxmayaraq, Ukrayna Gürcüstanla əməkdaşlıq etmir"
Region
17 Fevral , 2015 17:59
​Gürcüstan Ukraynadan Mixail Saakaşvilinin təhvil verilməsini istəyib

Bakı.17 fevral. REPORT.AZ/ Gürcüstan Baş Prokurorluğu Ukrayna Baş Prokurorluğuna Mixail Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət edib.

"Report"un xəbərinə görə, bu barədə Gürcüstan Baş Prokurorluğu fevralın 17-də məlumat yayıb.

"Mixail Saakaşviliyə ittiham irəli sürülüb və ölkə daxilində onun barəsində axtarış elan olunub. Baş Prokurorluq Ukrayna Baş Prokurorluğuna Saakaşvilinin saxlanılaraq, Gürcüstana təhvil verilməsi haqda müraciət edib", - məlumatda bildirilib.

İki ölkə arasında ekstradisiya sahəsində razılaşma olmasına baxmayaraq, Ukrayna tərəfi Gürcüstanla əməkdaşlıqdan və Mixail Saakaşvilini təhvili verməkdən imtina edir.

Xatırladaq ki, fevralın 14-də Ukrayna prezidenti Pyotr Poroşenkonun sərəncamı ilə prezident yanında islahatlar üzrə beynəlxalq məsləhət şurasına Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sədr təyin edilib. 

Son xəbərlər

Orphus sistemi