Bakı. 18 mart. REPORT.AZ/ Gürcüstanın "Airzena" Hava Şirkəti yaxın günlərdə Rusiyanın 3 şəhərinə - Sankt-Peterburq, Samara və Vladiqafqaza uçuş reysləri etməyə başlayacaq.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda şirkətin direktoru İase Zautaşvılı bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya tərəfi ilə razılaşmaya dair danışıqlar aparılır və yekun qərar yaxın zamanda qəbul ediləcək.
Direktor deyib ki, bundan sonra uçuş qrafiki və tarif təyin olunacaq.
Rusiya ilə Gürcüstan arasında aviareyslərin bərpası ilə bağlı danışıqlar 2014-cü ilin dekabrında başlayıb.
Xatırladaq ki, 2008-ci ilin avqustunda baş vermiş hadisələrdən sonra iki ölkə arasında hava nəqliyyatı sahəsində əlaqələr kəsilib.