Gürcüstan “Qazprom” ilə razılığa gəlib

Gürcüstan “Qazprom” ilə razılığa gəlib Tbilisi əvvəlki kimi tranzit həcmindən 10% alacaq
Region
5 Mart , 2016 22:13
Gürcüstan “Qazprom” ilə razılığa gəlib

Bakı. 5 mart. REPORT.AZ/ Gürcüstan Rusiyanın "Qazprom" şirkəti ilə razılıq əddə edib.

“Report” xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanın Rusiya qazının Ermənistana əvvəlki tranzit şərtlərinin ilin sonunadək qüvvədə qalması təklifinə Moskvadan müsbət cavab gəlib.

Bu qərara əsasən, Gürcüstan əvvəlki kimi tranzit həcmlərinin 10%-ni alacaq.

" "Qazprom" ilə razılaşma əldə olunub, sənədi imzalamaq qalıb. İl ərzində qüvvədə olan müqavilə çərçivəsində qalırıq. Biz nəql olunan həcmdən xammal qismində 10% alacağıq. Gələn ilə gəldikdə isə, gözləyəcəyik, gələn il bizim mövqeyimiz daha möhkəm olacaq", - deyə Kaladze bildirib.

Son xəbərlər

Orphus sistemi