​Gürcüstan prezidenti: "Qazprom"la danışıqlar qırmızı xətt çərçivəsində şəffaf aparılmalıdır "

​Gürcüstan prezidenti: "Qazprom"la danışıqlar qırmızı xətt çərçivəsində şəffaf aparılmalıdır " Georgi Marqvelaşvili: "Qazprom" yalnız energetika demək deyil"
Region
3 Fevral , 2016 17:12
​Gürcüstan prezidenti: Qazpromla danışıqlar qırmızı xətt çərçivəsində şəffaf aparılmalıdır

Bakı. 3 fevral. REPORT.AZ/ "Bir daha təkrar etməliyəm ki, "Qazprom" yalnız energetika demək deyil. Rusiyanın bu şirkətdən iqtisadi və siyasi maraqlarını təmin etmək üçün istifadə etdiyini unutmaq olmaz".

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Georgi Marqvelaşvili parlamentdəki illik çıxışında bildirib.

"Rusiya ilə iqtisadi, özəlliklə energetika məsələsi üzrə əməkdaşlığın "mülayim güclər"in tərkib hissəsi olduğunu nəzərə almaq lazımdır. Ona görə də "Qazprom"la danışıqlar qırmızı xətt çərçivəsində şəffaf aparılmalıdır. Gürcüstanın Avropa dövlətlərinin böyük azad birliyinə - tarixi ailəsinə qayıtması kimi strateji hədəflə bağlı bütün proseslərə qatılacağam", - deyə Marqvelaşvili vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi