​Gürcüstan parlamentinin sədri Aİ-nin komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

​Gürcüstan parlamentinin sədri Aİ-nin komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib Görüş zamanı viza rejiminin liberallaşdırılmasından da danışılıb
Region
10 Noyabr , 2015 13:44
​Gürcüstan parlamentinin sədri Aİ-nin komissarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Bakı. 10 noyabr. REPORT.AZ/ Gürcüstan parlamentinin sədri David Usupaşvili Tbilisidə Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasi məsələlər üzrə komissarı Federika Mogerinin ilə görüşüb.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

David Usupaşvili deyib ki, görüş zamanı Gürcüstan-Aİ münasibətlərinə dair əhatəli danışıq aparılıb, viza rejiminin liberallaşdırılması müzakirə olunub.

Parlament sədrinin sözlərinə görə, tərəflər beynəlxalq və regional təhlükəsizliyə dair məsələləri, Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi