​Gürcüstan itkin düşmüş şəxslərin axtarışında Azərbaycandan yardım istəyib

​Gürcüstan itkin düşmüş şəxslərin axtarışında Azərbaycandan yardım istəyib Təbii fəlakət nəticəsində itkin düşən üç nəfərin axtarışları Kür çayında davam edir
Region
25 İyun , 2015 15:38
​Gürcüstan itkin düşmüş şəxslərin axtarışında Azərbaycandan yardım istəyib

Bakı. 25 iyun. REPORT.AZ/ Gürcüstan xilasediciləri sel nəticəsində itkin düşən üç nəfərin Kür çayında axtarışlarına başlayıblar. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

Bildirilir ki, bu işlər bütün perimetr üzrə həyata keçiriləcək. Həmçinin, Gürcüstan tərəfi itkin düşmüş şəxslərin axtarışında Azərbaycandan yardım istəyib.

Xatırladaq ki, iyunun 14-nə keçən gecə Tbilisidə güclü daşqın baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 19 nəfər həyatını itirib, 119 nəfəri uşaq olmaqla, ümumilikdə 457 nəfər evsiz qalıb, 3 nəfər isə hələ də itkin düşmüş hesab olunur.  

Son xəbərlər

Orphus sistemi