Gürcüstan İranla vizasız gediş-gəlişdə maraqlıdır

Gürcüstan İranla vizasız gediş-gəlişdə maraqlıdır 2013-cü ilin yayında rəsmi Tbilisi təktərəfli şəkildə İranla viza rejimini bərpa etdi
Region
9 Fevral , 2016 01:38
Gürcüstan İranla vizasız gediş-gəlişdə maraqlıdır

Bakı. 9 fevral. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ötən gün İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Kvirikaşvili bildirib ki, turizm sektorunun inkişafında maraqlı olan rəsmi Tiflis İranla vizasız gediş-gəliş istiqamətində konkret addım atacaq.

Qeyd edək ki, 2013-cü ilin yayında rəsmi Tbilisi təktərəfli şəkildə İranla viza rejimini bərpa etdi. Bundan sonra iki ölkə arasında təyyarə reysləri dayandırıldı, Gürcüstan bazarında fəaliyyət göstərən 100-ə yaxın şirkət ölkəni tərk etdi.

Son xəbərlər

Orphus sistemi