Gürcüstan İqtisadiyyat Nazirliyində yanğın olub

Gürcüstan İqtisadiyyat Nazirliyində yanğın olub KİV-in məlumatına görə, yanğın nəticəsində bir nəfər xəsarət alıb
Region
28 Mart , 2016 12:00
Gürcüstan İqtisadiyyat Nazirliyində yanğın olub

Bakı. 28 mart. REPORT.AZ/ Gürcüstan İqtisadiyyat Nazirliyində təxminən 500 kvadrat metr sahəni əhatə edən yanğın olub. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Xidmətindən məlumat verilib.

Xidmətin əməkdaşının verdiyi məlumata görə, təxminən 500 kv. m sahə yansa da, yanğının qarşısı alınıb.

Gürcüstan KİV-nin məlumatına görə, yanğın nəticəsində xadimə xəsarət alıb. Nazirlik əməkdaşlarını hələ də binaya buraxmırlar.

Yanğına səbəb kimi elektrik xətlərindəki nasazlıq göstərilir.

Son xəbərlər

Orphus sistemi