Bakı. 11 aprel. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Birləşmiş Ərəb Əmirliyinə səfər edib.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Gürcüstan hökumətinin başçısı Dubayda keçirilən illik sərmayə forumunda iştirak edəcək. Georgi Kvirikaşvilinin "Dünya liderlərinin debatı" plenar sessiyasında çıxışı da nəzərdə tutulub.
O, Birləşmiş Ərəb Əmirliyinin baş naziri Məhəmməd ibn-Rəşid əl-Maktum və Əbu-Dabi taxt-tacının varisi, şahzadə Məhəmməd bin Zayd əl-Nahayyanla da görüşəcək.