Gürcüstan hökuməti qaz tariflərini yenidən nəzərdən keçirir

Gürcüstan hökuməti qaz tariflərini yenidən nəzərdən keçirir Tariflərin yenidən nəzərdən keçirilməsi hüquqi şəxslərə aid olacaq
Region
26 Fevral , 2015 17:18
Gürcüstan hökuməti qaz tariflərini yenidən nəzərdən keçirir

Bakı. 26 fevral. REPORT.AZ/ Gürcüstan hökuməti qaz tariflərini yenidən nəzərdən keçirir. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə "KazTransQaz-Tbilisi" şirkətinin rəhbəri Qiya Benaşvili bildirib. 

Onun sözlərinə görə, hazırda Gürcüstanın Energetika üzrə Milli Tənzimləyici Komissiyası tərəfindən müəyyən olunmuş tariflər qüvvədədir, lakin şirkət tariflərlə bağlı artıq komissiyaya müraciət edib. \

"Gürcüstan hökuməti bu məsələni müzakirə edir və yaxın gələcəkdə bu barədə məlumat veriləcək. Tariflərin yenidən nəzərdən keçirilməsi əhaliyə deyil, hüquqi şəxslərə aid olacaq", - Qiya Benaşvili qeyd edib. 

Onun sözlərinə görə, hazırda şirkət qazın 100%-ni  dollarla alıb, satışını isə lari ilə hayata keçirir. O əlavə edib ki, qüvvədə olan tariflər 2007-2008-ci illərdə müəyyən olunub, larinin məzənnəsi isə dəyişib. 

Şirkət rəhbəri qeyd edib ki, oktyabr ayından başlayaraq, təkcə larinin məzənnəsinin dəyişməsi səbəbindən şirkət 11 mln. lari itirib. 

"Şirkətin qaz alıb Tbilisini fasiləsiz qazla təmin edə biləcək daxili ehtiyatı qalmayıb", - Q.Benaşvili qeyd edib. 

Son xəbərlər

Orphus sistemi