​Gürcüstan dövriyyəyə yeni əskinaslar buraxacaq

​Gürcüstan dövriyyəyə yeni əskinaslar buraxacaq Yeni pulların üzərində ölkə maliyyə nazirinin imzası olmayacaq
Region
3 Noyabr , 2015 16:21
​Gürcüstan dövriyyəyə yeni əskinaslar buraxacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Gürcüstan Milli Bankı dövriyyəyə yeni 20, 50 və 100 lari əskinasları buraxacaq.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Milli Bankın başçısı Georgi Kadaqidze bildirib.

Onun sözlərinə görə, yeni əskinaslar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq. Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq.

Yeni əskinasların dizayneri Baçana Malazoniyadır.

Qeyd edək ki, bu il Gürcüstan milli valyutasının dövriyyəyə buraxılmasının 20 illiyi tamam olur. 

Son xəbərlər

Orphus sistemi