Gürcüstan baş naziri Türkiyəyə səfəri başlayıb

Gürcüstan baş naziri Türkiyəyə səfəri başlayıb Bir günlük səfər çərçivəsində Giorgi Kvirikaşvili Türkiyənin baş naziri və parlament sədri ilə görüşlər keçirəcək
Region
19 İyul , 2016 12:57
Gürcüstan baş naziri Türkiyəyə səfəri başlayıb

Bakı. 19 iyul. REPORT.AZ/ Gürcüstan baş naziri Giorgi Kvirikaşvilinin Türkiyəyə rəsmi səfəri başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Qruziya-Online" məlumat yayıb.

Türkiyə nəqliyyat naziri Əhməd Arslanın bildiridiyinə görə, rəsmi Ankara Gürcüstan baş nazirinin səfərinə böyük əhəmiyyət verir və onu regionda sabitliyin qorunması baxımından dəyərləndirir.

Bir günlük səfər çərçivəsində Giorgi Kvirikaşvili Türkiyənin baş naziri Binəli Yıldırım və parlament sədri İsmayıl Kahraman ilə görüşlər keçirəcək. Bununla yanaşı, ən yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının ilk görüşü olacaq. Şuranın görüşündən sonra iki ölkənin hökumətləri arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Görüşdən sonra Gürcüstan və Türkiyə baş nazirləri birgə bəyanatla çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi