Bakı. 18 may. REPORT.AZ/ Gürcüstanın Vaziani hərbi hava bazasında "Layiqli tərəfdar" adı altında Gürcüstan-ABŞ hərbi təlimi keçirilir.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Gürcüstan
Təlimdə Gürcüstan və ABŞ-ın 300 hərbçisi iştirak edir. Hərbi tədbirin gedişatını ABŞ-ın 173-cü desant briqadasının komandiri polkovnik Maykl Foster izləyib.
Hərbi təlimə ABŞ-ın "Bredli" piyadalarının döyüş maşını və Gürcüstanın eyni funksiyalı "KSM-2" döyüş maşını cəlb edilib.
Məlumatda bildirilib ki, Gürcüstanda ilk dəfədir "Layiqli tərəfdar" təlimi keçirilir. Təlimin keçirilməsində məqsəd yerli tağımı NATO-nun çevik qüvvələri ilə əməkdaşlığa hazırlamaqdır.
Qeyd edək ki, bu tədbir mayın 24-də başa çatacaq. Təlimdə ümumilikdə hər iki tərəfdən 600 hərbçi iştirak edəcək.