​"Gürcü arzusu"nun milyarder lideri kasıblayıb

​"Gürcü arzusu"nun milyarder lideri kasıblayıb Onun ən yüksək göstəricisi 2008-ci ildə qeydə alınıb və 6,4 milyard dollarlıq var-dövlətlə 143-cü yerdə olub
Region
29 Sentyabr , 2015 16:56
​Gürcü arzusunun milyarder lideri kasıblayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Gürcüstanın keçmiş baş naziri, "Forbes"in siyahısında ölkəsinin yeganə nümayəndəsi Bidzina İvanişvili dünyanın ən varlı adamları sırasında mövqeyini itirib.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Xəbərə görə, 2014-cü ildə və 2015-ci ilin ilk 8 ayında B.İvanişvilinin var-dövləti 5,2 milyard dollar olub. Bununla belə, o, "Forbes"in reytinq siyahısında 270-ci yerdən 290-cı yerə düşüb.

Məlumata görə, B.İvanişvilinin ən yüksək göstəricisi 2008-ci ildə qeydə alınıb və 6,4 milyard dollarlıq var-dövlətlə 143-cü yerdə olub. Gürcü milyarder ilk dəfə 3,9 milyard dollarlıq varidatı ilə 173 -cü yeri tutub.

Qeyd edək ki, 2012-ci ildə Bidzina İvanişvili tərəfindən "Gürcü arzusu" adlı koalisiya formalaşdırılıb. Həmin il bu blok parlament seçkilərində qələbə qazanaraq hakimiyyətə gəlib. 2012-ci il oktyabrın 25-dən 2013-cü il noyabrın 20-dək adıçəkilən milyader Gürcüstanın baş naziri olub.

B.İvanişvili 2013-cü ildə siyasətdən getdiyini və qeyri-hökumət sektorunda fəaliyyətini davam etdirəcəyini bildirmişdi. 

Son xəbərlər

Orphus sistemi