Bakı. 17 yanvar. REPORT.AZ/ Yanvarın 20-də Ermənistan parlamentinin üç komissiyasında Gümrüdə baş vermiş qətllə bağlı müşavirə keçiriləcək.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda parlamentin Dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Ovanes Saakyan bildirib.
Onun sözlərinə görə, müşavirəyə parlamentin xarici siyasət, daxili işlər və təhlükəsizlik məsələləri üzrə komissiyaları da dəvət edilib. Komissya sədri müşavirənin qapalı, yaxud açıq keçəcəyinin hələ müzakirə edildiyini vurğulayıb.
Xatırladaq ki, yanvarın 12-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinərək, həbs olunub.