​Gümrüdə Rusiya hərbçisinin Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçirilir

​Gümrüdə Rusiya hərbçisinin Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçirilir Aksiya iştirakçıları RF-nin dövlət bayrağını ayaqlayıb
Region
14 Yanvar , 2015 16:35
​Gümrüdə Rusiya hərbçisinin Ermənistana təhvil verilməsi tələbi ilə yürüş keçirilir

Bakı.14 yanvar. REPORT.AZ/ Gümrüdə Valeri Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə avtomobil yürüşü başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiyada yüzlərlə Ermənistan vətəndaşı iştirak edir.

Məlumata əsasən, Gümrüdə keçirilən yürüşə İrəvandan gedərək qatılanlar da var.

Avtomobillər Rusiyanın Gümrüdəki 8-ci hərbi şəhərciyindən Rusiyanın həmin ərazidəki konsulluğuna doğru hərəkət edir.

Aksiya iştirakçıları V.Permyakovun Ermənistana təhvil verilməsi tələbi ilə şüarlar söyləyib və bu haqda yazılmış şüarları avtomobillərə yapışdırıblar.

Məlumata görə, aksiyaçılar Rusiyanın dövlət bayrağını ayaqlayıblar.

Yanvarın 12-də Rusiyanın Gümrüdəki hərbi bazasının müddətli əsgərinin qətlə yetirdiyi bir erməni ailəsinin 6 üzvü yanvarın 15-də dəfn ediləcək.

Son xəbərlər

Orphus sistemi