Bakı. 15 iyun. REPORT.AZ/ Ermənistanın Şirak vilayətinin Gümrü şəhərində rus əsilli şəxs bıçaqlanıb.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Xəbərə görə, yaralanan 65 yaşlı Lerman Seymanov "Gümrü" tibb mərkəzinə aparılıb.
Onda bıçaq yaraları ilə yanaşı, kəllə-beyin travması da aşkarlanıb. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.